Avropada təbii qazın qiyməti yenidən bahalaşır | Banco.az

Avropada təbii qazın qiyməti yenidən bahalaşır

Tamara Mustafayeva, Banco.az 

Avropada təbii qazın qiyməti yenidən bahalaşır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropada təbii qazın qiyməti yeni ilə daxil olarkən Rusiyanın qaz nəqlini daha da azaltması xəbərindən sonra sürətlə bahalaşmağa başlayıb. Qitədə həmçinin elektrik enerjisinin qiyməti də eyni vaxtda bahalaşıb.

Avropanın təbii qaz göstəricisi hesab edilən Hollandiya 1 aylıq təbii qaz fyuçersi 15%-dən çox artımla bir meqavat/saat üzrə 95.2 avroya qədər yüksəlib.

Xatırladaq ki, qitədə təbii qazın qiyməti bir meqavat/saat üzrə 180 avroya qalxdıqdan sonra 60%-dən çox geriləmə ilə ötən həftənin cümə günü 65 avroya enmişdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram