Avropada təbii qazın qiyməti ucuzlaşıb | Banco.az

Avropada təbii qazın qiyməti ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada təbii qazın qiyməti ucuzlaşıb.

Banco.az xəbər verir ki, Avropada təbii qazın qiyməti ABŞ iqtisadiyyatı ilə bağlı artan narahatlıqlar fonunda neft və maliyyə bazarlarında baş verən satışların ardınca düşüb.

Ötən həftə 13 faiz artan fyuçers qiymətləri bazar ertəsi 2,3 faizə qədər geriləyib.

Avropanın qaz indeksi olan Niderland fyuçersləri meqavat/saat üzrə 35,90 avroya düşüb.

Qlobal səhmlər ABŞ iqtisadiyyatının sürətlə pisləşmə ərəfəsində olduğuna dair işarələrlə bağlı ucuzlaşıb ki, bu da öz növbəsində neft fyuçerslərinin qiymətini aşağı salıb. Eyni zamanda, İrandan İsrailə cavab hücumu ola bilər ki, bunun da regionda qaz tədarükünü pozacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram