Tamara Mustafayeva, Banco.az
Avropada təbii qazın qiyməti ucuzlaşıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropada təbii qazın noyabr fyuçersi 9 faiz nisbətində azalıb.
7 okyabr cümə günü 156,20 avroya bağlanan fyuçers qiymətləri ötən həftənin cümə günü, oktyabrın 14-də meqavat/saat üzrə 141,99 avro ilə bağlanıb. Bununla da, noyabr fyuçersinin qiyməti bir həftə ərzində 9 faiz azalıb.
Qiymətlərin enməsinə Avropanın sənaye və məişət qazına tələbatının azalması təsir göstərib. Bundan əlavə, ölkələrin təbii qaz istehlakı ilə bağlı gördüyü tədbirlər və təbii qaz anbarlarının doluluq nisbəti də mühüm rol oynayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!