Avropada təbii qazın qiyməti ucuzlaşdı | Banco.az

Avropada təbii qazın qiyməti ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Avropada təbii qazın qiyməti ucuzlaşmağa başlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropada təbii qazın qiyməti Rusiyanın tədarükü mərhələli formada artıracağına dair xəbərlər fonunda ucuzlaşıb.

Avropada təbii qaz fyuçerslərinin bir meqavat-saatı Rusiyanın təbii qaz nəqlini mərhələli olaraq artırması ilə 66 dollara geriləyib. Qiymətlərin ucuzlaşmasında Polşa və Ukrayna vasitəsilə nəql edilən qazın həcmində qeydə alınan artım mühüm rol oynayıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən ay etdiyi açıqlamada "Qazprom"un ölkədəki ehtiyat anbarlarını doldurduqdan sonra Avropadakı anbarları doldurmağa başlayacağını bildirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et