Avropada təbii qazın qiyməti ucuzlaşa bilər | Banco.az

Avropada təbii qazın qiyməti ucuzlaşa bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” yaxın aylarda Avropada təbii qazın qiymətinin 30 faiz ucuzlaşacağını gözləyir.

Banco.az xəbər verir ki, ABŞ-ın investisiya bankı “Goldman Sachs” Avropa ölkələri müvəqqəti olaraq tədarük üstünlüyü əldə etdiyi üçün bölgədə qaz qiymətlərinin yaxın aylarda təxminən 30 faiz azalacağını proqnozlaşdırır.

Qeyd edək ki, çərşənbə axşamı Avropa birjalarında təbii qaz fyuçerslərinin qiyməti (TTF) hər meqavat saat üzrə təxminən 120 avroya ticarət olunub. 

Bank fyuçers qiymətlərinin gələn ilin ilk rübündə meqavat/saat üzrə 85 avroya düşəcəyini gözləyir.

Xatırladaq ki, Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi və bunun Avropanın enerji tədarükü ilə bağlı təzyiq yaratması səbəbindən avqust ayında təbii qazın qiyməti meqavat/saat üzrə 340 avroya qalxmaqla tarixi rekorda imza atmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et