Avropada təbii qazın qiyməti kəskin bahalaşdı | Banco.az

Avropada təbii qazın qiyməti kəskin bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Avropada qazın qiymətində tarixi artım qeydə alınıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın “Şimal axını” kəməri ilə Avropaya qaz nəqlini tamamilə dayandırmasından sonrakı ilk ticarət günündə qaz fyuçersləri 35 faiz bahalaşıb. Ötən həftə isə qaz fyuçerslərində 37 faiz ucuzlaşma qeydə alınmışdı.

Avropa üçün etalon qaz qiyməti kimi qəbul edilən Hollandiya təbii qazının oktyabr fyuçersi Amsterdam birjasında 290 avroya çatıb.

Xatırladaq ki, Avropa İttifaqının energetika nazirləri elektrik enerjisi bazarlarına təcili müdaxilə məsələsini müzakirə etmək üçün cümə günü Brüsseldə bir araya gələcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et