Avropada təbii qazın qiyməti bir gündə 40% bahalaşdı | Banco.az

Avropada təbii qazın qiyməti bir gündə 40% bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Avropada təbii qazın qiyməti təqribən 40% bahalaşmaqla bir meqavat-saatı 160 avronu keçib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bu gün Avropada təbii qazın qiyməti 40% artımla 1 meqavat-saatı 160 avroya çatarkən, min kubmetr üçün isə 1600 avrodan bahalaşıb.

Qiymət indikatoru hesab edilən Hollandiya 1 aylıq fyuçerslər hazırda bir meqavat-saat üzrə 162 dollara icra edilir. Bu da, min kubmetr üçün 1700 avro deməkdir.

Qeyd edək ki, ilin əvvəlində regionda təbii qazın qiyməti bir meqavat-saat üzrə 20 avro təşkil edirdi ki, təbii qazın etalon qiyməti sentyabr ayının əvvəlindən bəri 168% yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et