Avropada təbii qazın qiyməti bahalaşır | Banco.az

Avropada təbii qazın qiyməti bahalaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Şimaldan gələn soyuq hava axının tələbi artırmasına görə Avropada təbii qazın qiyməti bahalaşır.

Banco.az xəbər verir ki, Avropada təbii qazın qiyməti həftənin əvvəlindən etibarən artmaqda davam edir.

Regionda təbii qaz qiymətləri üçün etolon hesab edilən Hollandiya 1 aylıq təbii qaz fyuçersləri 5,9 faiz bahalaşmaqla meqavat/saat üzrə 158 avrodan ticarət olunur.

Xatırladaq ki, dünən qiymətlər oktyabrın ortalarından bəri ən yüksək səviyyədə olub.

Qeyd edək ki, Avropada qışın gec gəlməsi ehtiyatların artmasına səbəb olmuşdu. Gələn ay isə temperaturun normadan aşağı düşəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram