Avropada təbii qazın qiyməti 100 avrodan ucuzlaşıb | Banco.az

Avropada təbii qazın qiyməti 100 avrodan ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada təbii qazın qiyməti bir çox ölkələrdə mülayim hava şəraiti və qaz çənlərinin doldurulması səbəbindən 13,5% azalaraq 98,17 avroya enib ki, bu da iyun ayından bəri ən aşağı səviyyədir.

Banco.az xəbər verir ki, Hollandiyaya məxsus TTF rəqəmsal qaz birjasında satılan təbii qaz fyuçersinin qiyməti bugün meqavat/saat üzrə 104,75 avro səviyyəsində açılıb.

Sözügedən göstərici Bakı vaxtı ilə 15:30-dan etibarən cümə gününün bağlanış qiymətinə görə 13,5% azalmaqla 98,17 avroya düşüb. Bu da ilin iyun ayından bəri qeydə alınan ən aşağı qiymətdir.

Qiymətlərin aşağı düşməsinə qış aylarında enerji təchizatı ilə bağlı narahatlığın qeyri-adi mülayim hava şəraiti və bir çox ölkələrdə qaz çənlərinin 95 faiz doldurulması ilə azalması təsir göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram