Avropada təbii qaz qiymətlərinin ucuzlaşması proqnozlaşdırılıb | Banco.az

Avropada təbii qaz qiymətlərinin ucuzlaşması proqnozlaşdırılıb

2022-ci ildə Avropada təbii qaz qiymətlərinin azalması gözlənilir.

Bu barədə Böyük Britaniyanın "Capital Economics" tədqiqat və konsaltinq şirkətinin proqnozunda deyilir.

Analitiklərin proqnozlarına əsasən, bu ilin dördüncü rübündə Avropada təbii qazın 65 avro/meqavatt-saat, 2022-ci ilin birinci rübündə isə 55 avro/meqavatt-saatadək azalması gözlənilir.

2022-ci ilin ikinci rübündə qaz qiymətlərinin 45 avro, üçüncü rübündə 35 avro, dördüncü rübündə isə 25 avro səviyyəsində olması proqnozlaşdırılır.

Eyni zamanda, proqnozlara əsasən, 2021-ci ilin dördüncü rübündə ABŞ-da təbii qaz qiymətləri min BİV (Britaniya istilik vahidi) üçün 5 dollar, 2022-ci ilin birinci rübündə 4,5 dollaradək azalacaq.

2022-ci ilin ikinci rübündə ABŞ-da qaz qiymətlərinin min BİV üçün 4 dollar, üçüncü rübündə 3,5 dollar, dördüncü rübündə isə 3 dollar səviyyəsində olması proqnozlaşdırılır.

"Capital Economics", həmçinin 2021-ci ilin dördüncü rübündə Asiyanın mayeləşdirilmiş təbii qazın spot qiymətləri min BİV üçün 25 dollar, 2022-ci ilin birinci rübündə 21,3 dollaradək azalacaq.

Ən sərfəli kredit üçün müraciət et

2022-ci ilin ikinci rübündə bu göstəricinin min BİV üçün 17,5 dollar, üçüncü rübündə 13,8 dollar, dördüncü rübündə isə 3 dollar səviyyəsində olması proqnozlaşdırılır.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et