Müəllif:Mehin Qasımova/Banco.az
Avropada təbi qaz istehlakı son 10 ilin ən aşağı səviyyəsinə düşüb.
Banco.az xəbər verir ki, Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun (IEEFA) verdiyi açıqlamaya görə, Rusiya-Ukrayna müharibəsindən sonrakı 2 ildə Avropada qaza tələbat 20 faiz azalıb.
Belə ki, təbii qaza tələbatın azalmasına əsasən Almaniya, İtaliya və Böyük Britaniya səbəb olub.
Çünki adıçəkilən ölkələr səmərəlilik tədbirlərinə müraciət edib və bərpa olunan enerji mənbələrindən istifadəni artırıblar.
Açıqlamada ölkələrin yeni mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturu qurmağa davam etdiyi bildirilib:
"2022-ci ilin fevral ayından 8 idxal terminalı fəaliyyətə başlayıb, 2030-cu ilə qədər daha 13 layihənin fəaliyyətə başlaması gözlənilir. Bu, ümumi tutumun olması deməkdir. Avropanın LNG terminallarının sayı 10 ilin sonuna qədər artırılacaq.Bu o deməkdir ki, gözlənilən LNG tələbatı 3 dəfə çox ola bilər".
IEEFA-nın Enerji Analitiki Ana Maria Jaller-Makareviç deyib: "Rusiyanın Ukraynaya təcavüzündən iki il sonra Avropanın enerji sistemi daha şaxələndirilmiş və daha dayanıqlıdır. Böhran müəyyən dərəcədə nəzarət altına alındı, səmərəli tədbirləri artırıldı. Bu, qitənin qaz tələbatını azaltmağa imkan verdi. Avropa keçmiş səhvlərindən dərs almalı və keçən il LNG idxalının az qala yarısını təmin edən ABŞ-ın asılılığından qaçmalıdır. "
Bizi sosial şəbəkələrdən izləyin!!