Avropada sənaye istehsalı azalıb | Banco.az

Avropada sənaye istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada ötən ilin dekabr ayında səyane istehsalında azalma müşahidə edilib.

Banco.az xəbər verir ki, Avropa Statistika Bürosu (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozona üçün 2022-ci ilin dekabr ayı üzrə mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.

Bu məlumatlara görə, 19 üzvlü Avrozonada sənaye istehsalı dekabrda noyabr ayı ilə müqayisədə 1,1 faiz, 2021-ci ilin dekabr ayına görə isə 1,7 faiz azalıb.

Aİ-də isə sənaye istehsalı dekabrda həm əvvəlki ayla, həm də keçən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalıb.

Sözügedən dövrdə Aİ ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq artım 13,5 faizlə Danimarkada, 4,1 faizlə Portuqaliyada və 3,8 faizlə Macarıstanda qeydə alınıb. Ən böyük azalma isə İrlandiyada 8,5 faiz, Lüksemburqda 5,2 faiz və Litvada 4 faizlə müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et