Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada sənaye istehsalı fevral ayında artıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın fevral ayı üzrə mövsümi təsirlərdən kənarlaşdırılmış sənaye istehsalı məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, Avrozonada sənaye istehsalı fevral ayında yanvar ayına nəzərən 0,8 faiz artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,4 faiz azalma göstərib.
İqtisadçların proqnozu sənaye istehsalının aylıq 0,8 faiz artacağı istiqamətində idi.
Aİ-də isə sənaye istehsalı fevral ayında aylıq 0,7 faiz artıb, illik 5,4 faiz azalıb.
Qeyd edilənə görə, fevral ayında Aİ ölkələri arasında sənaye istehsalında aylıq ən yüksək artım 3,8 faiz ilə İrlandiyada, 3,5 faiz ilə Macarıstanda və 3,3 faiz ilə Sloveniyada müəyyən edilib. Ən böyük azalma isə 4,6 faiz ilə Xorvatiyada, 3 faiz ilə Litvada və 2,7 faiz ilə Belçikada reallaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!