Avropada saatlıq əmək haqqı artıb | Banco.az

Avropada saatlıq əmək haqqı artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa Statistika İdarəsi 2025-ci ilin üçüncü rübü üçün Aİ ölkələrində saatlıq əmək xərcləri ilə bağlı məlumatları açıqlayıb.

Banco.az xəbər  verir ki, 27 Aİ üzvü olan ölkədə orta saatlıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin üçüncü rübündə 3,7 faiz artıb.

Aİ-də saatlıq əmək xərcləri xidmət və sənaye sektorlarında 3,7%, tikinti sektorunda isə 4,7% artıb.

Aİ ölkələri arasında əmək xərclərinin üçüncü rübdə ən böyük artımı Bolqarıstanda müşahidə olunub - 12,4 faiz.

Litva 9,7 faiz, Xorvatiya 9,1 faiz, Macarıstanda isə  8,8 faiz təşkil edib.

Bu xərclər Almaniyada 3,6 faiz, İtaliyada 2,4 faiz, İspaniyada 2 faiz və Fransada 1,3 faiz artıb.