Avropada saatlıq əmək haqqı artıb | Banco.az

Avropada saatlıq əmək haqqı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqında (Aİ) saatlıq əmək haqqı ötən il 5,3 faiz artaraq 31,8 avroya çatıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2023-cü ildə Aİ ölkələrində saatlıq əmək xərclərinə dair məlumatlarını dərc edib.

Məlumata görə, Avrozonada saatlıq əmək haqqı ötən il 2022-ci illə müqayisədə 4,8 faiz artıb.

Aİ-nin 27 üzv ölkəsində isə saatbaşı əmək haqqı 2023-cü ildə əvvəlki ilə nisbətən 5,3 faiz artıb.

Beləliklə, 2023-cü ildə orta saatlıq əmək haqqı Aİ-də 31,8 avro, Avrozonada isə 35,6 avro səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, ötən il Aİ ölkələri arasında saatlıq əmək haqqı 9 avro ilə 53,9 avro arasında dəyişib. Aİ ölkələri arasında ən yüksək əmək haqqı 53,9 avro ilə Lüksemburqda verilir. Ən aşağı saatlıq əmək haqqı isə 9,3 avro ilə Bolqarıstanda qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et