Avropada qazın qiyməti cüzi artıb | Banco.az

Avropada qazın qiyməti cüzi artıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarına yaxınlaşıb.

11 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 178 dollar təşkil edib, bu da əvvəlki hesablaşma qiyməti ilə müqayisədə 0,6 çoxdur.

Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram