Birinci rübdə Avropada qazın orta qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfədən çox artaraq 1000 kubmetr üçün təxminən 509 dollar təşkil edib.
Banco.az xəbər verir ki, London ICE fyuçers birjasının məlumatlarına görə, istilik mövsümündə qiymətlər yeraltı anbarlardan yüksək çəkilmə sürətinə görə 36% bahalaşıb.
Avropa qovşaqlarında qazın qiyməti ötən ilin payızında artmağa başlayıb və bu ilin birinci rübündə 1000 kubmetr üçün 509 dollar təşkil edib. İstilik mövsümündə (noyabr 2024 - mart 2025) kotirovkalar əvvəlki payız-qış dövrü ilə müqayisədə 36% artıb - 501 dollara qədər. Ötən qışda (2024-cü ilin dekabrı - 2025-ci ilin fevralı) qazın qiyməti 1,5 dəfə artaraq 516 dollar olub.
Martda qazın orta qiyməti fevral ayı ilə müqayisədə 14% azalaraq təqribən 467 dollar təşkil edib, lakin 2024-cü ilin mart ayı ilə müqayisədə 1,5 dəfə yüksək olub.