Avropada qazın qiyməti bahalaşıb | Banco.az

Avropada qazın qiyməti bahalaşıb

Tamara Mustafayeva, Banco.az

Avropada təbii qazın meqavat/saat qiyməti bir ayda 26 faiz artım göstərib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, avqustun ilk günündə bir meqavat/saat üzrə 200 avro səviyyələrində ticarət olunan təbii qaz fyuçersləri 30 avqustda 252 avroya bağlanıb. Bu da, Avropada təbii qazın meqavat/saat qiymətinin bir ayda 26 faiz artdığını göstərir.

Qiymət artımında Rusiyadan Avropaya ötürülən təbii qazın azalması və “Şimal axını 1”in yaxın gələcəkdə normal axın səviyyəsinə qayıtmayacağına dair yaranan narahatlıqlar təsirli olub.

Qeyd edək ki, yaşayış yerlərinin təbii qaz qiymətlərinə gəldikdə isə ən bahalı ölkə Niderlanddır (kilovat/saatı 0,27 avro).

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et