Avropada qazın qiyməti aşağı düşüb | Banco.az

Avropada qazın qiyməti aşağı düşüb

Müəllif:Mehin Qasımova/Banco.az

Avropada qazın qiyməti aşağı düşüb.İllik ifadədə azalma 38 faiz təşkil edib.

Banco.az xəbər verir ki, bunu London ICE Futures birjasının məlumatları sübut edir .

Qeyd olunur ki, birinci rübdə Avropada qazın qiyməti ötən ilin sonundakı səviyyələrlə müqayisədə 17 faiz azalaraq min kubmetr üçün təxminən 306 dollar təşkil edib.

Dekabrda qazın orta qiyməti min kubmetr üçün təxminən 408 dollar təşkil edib. Yanvarda bu rəqəm 337 dollara düşüb. Fevral ayında eniş 288 dollara qədər sürətlənib.

Bir müddət əvvəl Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib ki, Avropa İttifaqı Ukrayna və Rusiya arasında qaz tranziti ilə bağlı sazişin 2024-cü ildən sonra uzadılmasının əleyhinədir. Onun sözlərinə görə, ölkələr gələcəkdə Ukrayna infrastrukturundan necə istifadə edəcəyini öyrənəcəklər. Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Kiyev də sazişin uzadılmasına qarşıdır, lakin avropalı tərəfdaşlar üçün belə bir xidmət göstərməyə razıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram