Avropada qazın qiyməti 1 100 dollardan aşağı düşüb | Banco.az

Avropada qazın qiyməti 1 100 dollardan aşağı düşüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 100 ABŞ dollarından aşağı düşüb.

27 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 064 dollar təşkil edib. Günün əvvəlindən azalma 18%-ə bərabər olub.

Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et