Avropada qazın qiyməti ticarət sessiyasının sonunda hər min kubmetr üçün təxminən 1 100 ABŞ dollarına qalxıb.
Bunu London birjası ICE-nin məlumatları təsdiq edir.
Qiymət artımı Polşaya Rusiya qazının tədarükünün dayandırılması ilə bağlı xəbərlər fonunda qeydə alınıb.
Ümumilikdə bir sutka ərzində qazın qiyməti 6,6% artıb.
Qeyd edək ki, “Qazprom” aprelin 27-də, Moskva vaxtı ilə saat 09:00-dan etibarən Rusiya qazının Polşaya nəqlini tamamilə dayandıracaq.
“Qazprom” vurğulayıb ki, Polşa yeni ödəniş proseduruna uyğun olaraq qaz tədarükünə görə ödəniş etməyə borcludur.
report.az
Bizi sosial şəbəkələrdən izləyin!!