Müəllif:Mehin Qasımova/Banco.az
Avropada yeraltı anbarlarda (UGS) qaz ehtiyatları 72%-dən aşağı düşüb. Eyni zamanda, istilik mövsümü başlayandan Aİ-nin yeraltı qaz anbarlarından ümumi götürülmə 34 milyard kubmetri ötüb.
Banco.az xəbər verir ki, Avropada birjada qazın 1 min kubmetri təxminən 315 dollara satılır.
“Gas Infrastructure Europe” şirkətinin məlumatına görə, yanvarın 28-də Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarlarından qazın çıxarılması 428 milyon kubmetr təşkil edib.
Qeyd edək ki, Avropada istilik mövsümü 2023-cü il noyabrın 7-də (son payız-qış mövsümündən bir həftə əvvəl) başlayıb və həmin andan etibarən Aİ ölkələri 34,17 milyard kubmetr anbardan çıxarıblar. Eyni zamanda, yeraltı qaz anbarlarından maksimum həcmə çatdığı andan 83-cü gündə ümumi qazın götürülməsi ötən beş il ərzində bu günə olan orta qiymətdən 11 faiz çoxdur. Avropanın yeraltı anbarlarından qazın çıxarılmasının sonuncu mövsümü 2023-cü il aprelin 7-də başa çatıb, o zaman ehtiyatların 55,47%-i isə qalıb.
Avropa qaz ötürmə sisteminə terminallardan LNG daxilolmaları dekabr ayı ilə müqayisədə azalıb. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə daha da vurulması gücü maksimumun 44%-i ilə yüklənir. 2023-cü ilin dekabrında Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 408 dollar təşkil edib, 2024-cü ilin yanvarında isə 338 dollar olub.
Bizi sosial şəbəkələrdən izləyin!!