Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada pərakəndə satışlar mart ayında artım göstərib.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) mart ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın pərakəndə satış məlumatlarını dərc edib.
Məlumatlar göstərir ki, Aİ-də pərakəndə satışlar mart ayında əvvəlki aya görə 1,2 faiz, əvvəlki ilə görə isə 2 faiz artıb.
Avrozonada isə pərakəndə satışlar mart ayında aylıq 0,8 faiz, illik isə 0,7 faiz artıb.
Ölkələr üzrə nəzər saldıqda görürük ki, pərakəndə satışlarda aylıq ən yüksək artım 7,3 faizlə Polşada, 4,8 faizlə Cənubi Kipr Rum İdarəsində (GCASC) və 2 faizlə Macarıstanda reallaşıb.
Ən böyük azalma 1,8 faizlə İsveç, 1 faizlə Malta və 0,8 faizlə Avstriyada müşahidə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!