Avropada pərakəndə satışlar artıb | Banco.az

Avropada pərakəndə satışlar artıb

Avropa Statistika Ofisi (Eurostat), Avropa Birliyi (AB) və Avro Bölgəsinin mart ayı pərakəndə satış göstəricilərini yayıb.

19 üzvlü Avro Zonasında pərakəndə satışlar martda fevral ayına nisbətən dəyişməyib, keçən ilin eyni dövrü ilə müqayisədə isə 1,9 faiz artıb.

AB-də isə pərakəndə satışlar, martda əvvəlki aya nisbətən 0,3 faiz, 2018-in eyni dövrü ilə müqayisədə də 2,9 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

AB ölkələri arasında martda əvvəlki aya nisbətən pərakəndə satışlarda ən yüksək artım 1,7% ilə Litva, 1,2% ilə Portuqaliya və 1,1% ilə Böyük Britaniyada olub.

Sözügedən dövrdə ən çox azalma 3,1% ilə Sloveniya və 1,9% ilə Xorvatiyada ölçülüb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et