Avropada orta aylıq əmək haqqı 3500 avroya yaxınlaşır | Banco.az

Avropada orta aylıq əmək haqqı 3500 avroya yaxınlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Statistika Ofisi (Avrostat) 2024-cü ilə aid Avropa İttifaqında (Aİ)də tam ştatla işləyənlərin illik maaş göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata görə, Aİ-də tam ştatla çalışanların orta illik maaşı əvvəlki illə müqayisədə 5,2 faiz artaraq 39 min 808 avroya çatıb. 2023-cü ildə bu göstərici 37 min 840 avro səviyyəsində idi.

Ölkələr üzrə baxıldıqda, 82 min 969 avro ilə Lüksemburq siyahının zirvəsində yer alır. Danimarka 71 min 565 avro ilə ikinci, İrlandiya isə 61 min 51 avro ilə üçüncü yerdə qərarlaşıb.

Siyahının sonunda isə 15 min 387 avro ilə Bolqarıstan, 17 min 954 avro ilə Yunanıstan və 18 min 461 avro ilə Macarıstan yer alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram