Avropada ofislərə tələb icarə haqlarını artırıb | Banco.az

Avropada ofislərə tələb icarə haqlarını artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il Avropada ofis sahələrinə tələb pandemiyadan əvvəlki səviyyələrə qayıdıb.

Banco.az xəbər verir ki, 2022-ci ildə qitə üzrə ümumilikdə 12,6 milyon kvadratmetr ofis sahəsi icarəyə götürülüb ki, bu, bir çox işçinin pandemiya səbəbindən məsadəfən işlədiyi 2021-ci illə müqayisədə 15 faiz artım deməkdir.

Lizinq həcmləri 15 illik tendensiyadan xeyli yuxarı olmaqla yanaşı, icarə haqları da ötən ilin sonuncu rübündə əvvəlki illə müqayisədə 6,2 faiz artım göstərib. Qeyd edək ki, bu, 2008-ci ilin ortalarından bəri ən güclü illik artım göstəricisidir.

Əsasən işçi heyətini yenidən cəlb etmək istəyən müəssisələr tərəfindən dəstəklənən güclü tələb əmlak şirkətləri üçün fəaliyyət fonu yaradır. Artan maliyyə xərcləri isə daşınmaz əmlak gəlirlərini yüksəldir və sərt kredit bazarları məcburi satış riskləri yaradaraq qiymətləndirmələrə təzyiq göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətlər isə öz növbəsində iqlim hədəfləri ilə bağlı daha kəskin meyarlar müəyyənləşdirməklə yaşıl ofis sahələrinə tələbatın artmasına gətirib çıxarırlar. Artan inflyasiya və daha yüksək borclanma xərcləri bəzi tərtibatçıları çəkindirdiyi üçün seqmentdə təklif sıxlığı müşahidə olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et