Avropada minimum əmək haqqının məbləği artırılacaq | Banco.az

Avropada minimum əmək haqqının məbləği artırılacaq

Tamara Mustafayeva, Banco.az

Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ölkələrində minimum əmək haqqının layiqli həyat səviyyəsini təmin edəcək səviyyələrə qaldırılması üçün hazırlanmış qanun layihəsini təsdiqləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Strasburqda toplaşan Avropa Parlamentinin (AP) Baş Assambleyası Avropa İttifaqı ölkələrində minimum əmək haqqına dair yeni qaydaları ehtiva edən hüquqi tənzimləməni müzakirə edib.

Kollektiv müqavilələrin genişləndirilməsi və minimum əmək haqqının artırılması məqsədi daşıyan qanunu Avropa Parlamentinin deputatları 505 "lehinə”, 92 “əleyhinə” və 44 “bitərəf” səsi ilə qəbul ediblər.

Qanuna görə, minimum əmək haqqı məbləğinin müəyyən edilməsi isə üzv dövlətlərin səlahiyyətində qalacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et