Avropada mənzillərin qiyməti ucuzlaşıb | Banco.az

Avropada mənzillərin qiyməti ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada mənzillərin qiyməti ötən ilin son rübündə illik 1,1 faiz azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2023-cü ilin dördüncü rübündə Avropa İttifaqı (Aİ) ölkələrində mənzil qiymətləri ilə bağlı məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, Avrozonada mənzillərin qiyməti ötən ilin son rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz ucuzlaşıb.

Mənzil qiymətlərində əvvəlki rüblə müqayisədə isə 0,7 faiz azalmaq qeydə alınıb.

Mənzillərin qiyməti Aİ ölkələrində isə 2023-cü ilin son rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz azalıb, 2022-ci ilin son rübü ilə müqayisədə 0,2 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkələr üzrə nəzər saldıqda görürük ki, son rübdə mənzillərin qiyməti Lüksemburqda 14,4 faiz, Almaniyada 7,1 faiz, Finlandiyada 4,4 faiz, Fransada 3,6 faiz, İsveçdə 2,9 faiz, Avstriyada 1,8 faiz, Slovakiyada isə 1,1 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et