Avropada mənzillərin qiyməti ucuzlaşıb | Banco.az

Avropada mənzillərin qiyməti ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqında (Aİ) mənzil qiymətləri 2022-ci ilin son rübündə əvvəlki rüblə müqayisədə 1,5 faiz azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2022-ci ilin dördüncü rübü üzrə Aİ ölkələrində mənzil qiymətləri ilə bağlı məlumatları açıqlayıb.

Müvafiq olaraq, Aİ-də mənzillərin qiyməti 2022-ci ilin son rübündə əvvəlki rüblə müqayisədə 1,5 faiz azalıb. Beləliklə, 2015-ci ildən bəri ilk dəfə olaraq Aİ ölkələrində mənzil qiymətləri rüblük olaraq ucuzlaşıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 3,6 faiz artım qeydə alınıb.

Eyni dövrdə Avrozonada mənzil qiymətləri əvvəlki rüb görə 1,7 faiz azalsa da, illik 2,9 faiz artıb.

Aİ-yə üzv ölkələr arasında 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 6,5 faizlə mənzil qiymətlərində ən böyük ucuzlaşma Danimarkada müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

İtaliyada mənzil qiymətləri sabit qalıb. Ən yüksək bahalaşma isə 4,7 faiz ilə Xorvatiyada və 2,5 faiz ilə Rumıniyada müəyyən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et