Avropada mənzil almaq sayəsində vətəndaşlıq verilməsi dayandırıla bilər | Banco.az

Avropada mənzil almaq sayəsində vətəndaşlıq verilməsi dayandırıla bilər

Müəllif - Aida İsaq, Banco.az

Daşınmaz əmlakın qiymətinin kəskin artması və əhalinin narazılığı fonunda Avropa tezliklə region ölkələrində mənzil almaq üçün vətəndaşlıq verilməsini dayandıra bilər. 

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Beləliklə, Avropada “qızıl vizalar” dövrü tədricən başa çatır. Fevral ayının məlumatlarına görə, İrlandiya və Portuqaliyada yaxın aylarda investisiya üçün pasportların verilməsi proqramı tamamlanmalıdır. Bu, vətəndaşlıq üçün müraciət edənlər səbəbindən mənzil qiymətlərinin kəskin artması ilə bağlı artan narahatlıqlar fonunda baş verir.

Bununla yanaşı, Avropa Komissiyası belə bir təşəbbüsün Aİ vətəndaşlığının dəyərini aşağı saldığı qənaətinə gəlib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram