Avropada LNG payının 2030-cu ilə qədər artmağa davam edəcəyi gözlənilir | Banco.az

Avropada LNG payının 2030-cu ilə qədər artmağa davam edəcəyi gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

LNG bazarının və onunla bağlı baş verən hadisələrin müzakirə edildiyi 5-ci Qlobal LNG Forumu Almaniyanın Hamburq şəhərində öz işinə başlayıb.

Banco.az xəbər verir ki, forumun “LNG Bazarının Gələcək Mənzərəsi, Qazın Qiymətləndirilməsi, Təchizat Təhlükəsizliyi və Yeni İnvestisiyalara Ehtiyac” adlı panelində çıxış edən “Uniper” şirkətinin LNG bazarı üzrə analitiki Jaklin Hortlik bildirib ki, Avropa rus qazından asılılığa son qoymağa çalışsa da, bu ölkə hələ də Avropa üçün mühüm tədarükçü mövqeyindədir.

Hortlik qitənin qaz təchizatında LNG-nin (mayeləşdirilmiş təbii qaz) payının artdığına diqqət çəkərək Avropanın ötən il LNG tədarükünün 45 faizini ABŞ-dan həyata keçirildiyini qeyd edib.

Qarşıdakı illər ərzində Avropanın LNG tədarükünü qiymətləndirən Hortlik aşağıdakı ifadələrdən istifadə edib:

Ən sərfəli kredit üçün müraciət et

“Avropanın qaz tədarükündə LNG-nin payının 2030-cu ilə qədər artmaqda davam edəcəyi gözlənilir. Bununla da, Avropa və ABŞ, Avropa və qlobal LNG bazarının qarşılıqlı asılılığının artacağı ehtimal edilir. ABŞ yaxın gələcəkdə Avropa bazarı üçün çox mühüm rol oynayacaq. Ancaq yenidən vahid mənbədən asılılığa çox meyl göstərməməliyik.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et