Avropada kömürün qiyməti 20 ilin maksimumuna çatıb | Banco.az

Avropada kömürün qiyməti 20 ilin maksimumuna çatıb

Avropada enerji istehsalı üçün istifadə olunan kömürün qiyməti son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

“Argus Beynəlxalq Qiymət Agentliyi”nin məlumatına görə, enerji miqdarı kiloqramı 6 000 kkal-dan çox olan kömür ötən həftə 16,5 % bahalaşaraq bir ton üçün 232,2 ABŞ dolları olub.

Agentlik qeyd edir ki, qiymət artımı sentyabrın sonunda Avropada təbii qazın kəskin bahalaşmasına və bazarda kömür çatışmazlığına görə sürətləndi: “Regionun əsas kömür tədarükçüləri ixracı belə yüksək templərlə artıra bilmədiklərinə görə Avropa bazarında kömür təklifi məhduddur. Nəticədə Şimal-Qərbi Avropanın limanlarında kömür ehtiyyatı 4 milyon tondan biraz çox olmaqla son beş ilin bu dövr üçün ən aşağı səviyyəsindədir.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et