Avropada kommersiya avtomobillərinin satışı ötən il artıb | Banco.az

Avropada kommersiya avtomobillərinin satışı ötən il artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada kommersiya avtomobillərinin satışı 2023-cü ildə artıb.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2023-cü il üzrə Aİ ölkələrinin yeni kommersiya nəqliyyat vasitələrinin qeydiyyat məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, 2022-ci ildə Aİ-yə üzv ölkələrdə yeni kommersiya nəqliyyat vasitələrinin qeydiyyatında yaşanan təchizat problemləri 2023-cü ildə aradan qaldırılıb.

Aİ ölkələrində kommersiya nəqliyyat vasitələrinin satışları 2023-cü ildə əvvəlki ilə görə 14,6 faiz artaraq 1 milyon 467 minə çatıb.

Satışlar İtaliyada 22,7 faiz, İspaniyada 22 faiz, Almaniyada 12,1 faiz, Fransada 8,9 faiz artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, Aİ ölkələrində 2023-cü ildə yeni elektrik avtobuslarının satışı əvvəlki ilə görə 39,1 faiz artaraq 5 min 166 ədəd olub. Beləliklə, elektrik avtobuslarının ümumi bazar payı 15,9 faizə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et