Avropada işsizlik səviyyəsi dəyişməyib | Banco.az

Avropada işsizlik səviyyəsi dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

May ayında Avrozonada işsizlik səviyyəsi dəyişməz qalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın may ayı üzrə işsizlik göstəricilərini dərc edib.

Buna görə, Avrozonada aprel ayında 6,4 faiz olan işsizlik səviyyəsi may ayında sabit qalıb.

Aİ-də isə aprel ayında 6 faiz olan mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti may ayında da eyni səviyyədə qalıb.

May ayında Aİ-də işsizlərin sayı 13 milyon 200 min olaraq hesablanarkən, bu insanların 11 milyon 78 mini Avrozonada ölkələrində yaşayır.

Ötən ilin eyni dövründə işsizlik səviyyəsi Avrozonada 6,5 faiz, Aİ-də isə 6 faiz təşkil edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Ölkələr üzrə nəzər saldıqda görürük ki, may ayında işsizlik səviyyəsi İspaniyada 11,7 faiz, Yunanıstanda 10,6 faiz, İsveçdə 8,4 faiz, Finlandiyada 8,2 faiz, Fransada 7,4 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et