Avropada işçilərin ixtisarı geniş vüsət almaqdadır | Banco.az

Avropada işçilərin ixtisarı geniş vüsət almaqdadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada işçilərin ixtisar dalğası artır.

Banco.az xəbər verir ki, Kovid-19 pandemiyasından sonra sürətlə baş verən iqtisadi bərpaya baxmayaraq, demək olar ki, Rusiya-Ukrayna müharibəsinin təsirindən "yapışqan" hala gələn yüksək inflyasiya, artan faiz dərəcələri və tarazlığını itirən makroiqtisadi mənzərəyə görə demək olar ki, bütün sektorlardakı şirkətlər xərclərini azaltmaq istiqamətində addımlar atmalı və işə qəbulu dayandırmalı olublar.

İşçilərinin bir qismini ixtisar etməklə azalan mənfəətlərini sabitləşdirməyə çalışan Avropa şirkətlərindən “ixtisar” və ya “yeni qəbulların dayandırılması” ilə bağlı ardıcıl xəbərlərin gəlməsi Avropa iqtisadiyyatlarında narahatlıq doğurur.

Dünya İqtisadi Forumunun (WEF) ötən həftə dərc etdiyi “Peşələrin Gələcəyi 2023” hesabatına görə, zəifləyən iqtisadi artım, təklif məhdudiyyətləri və inflyasiya məşğulluğun gələcəyi üçün əsas risk faktorlarıdır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin qeyd edək ki, Avropa şirkətləri ilə yanaşı, ABŞ-ın böyük texnologiya və avtomobil şirkətləri də tarixlərinin ən böyük ixtisarlarını elan etdikdən sonra Avropadakı işçilərinin də sayını azaltmağa çalışırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et