Noyabrda avrozonada inflyasiya 4.9% olub. Bu da ay ərzində inflyasiyanın 0.8% yüksəldiyini göstərir.
Bu məlumat Avropa Statistika Ofisi Avrostatın son hesabatında yer alır.
Avropa İttifaqında göstərici daha yüksəkdir : 5.2%. Burada aylıq əsasda artım da daha böyük rəqəmlə ifadə olunur. Belə ki, oktyabrda Avropa İttifaqında inflyasiya 4.4% təşkil edib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə istər avrozonada, istərsə də ittifaqda inflyasiya hiss ediləcək qədər yüksək olub. Ay ərzində ən kiçik qiymət artımı 2.4%-lə Maltada və 2.6%-lə Portuqaliyada qeydə alınıb. Artım tempinə görə ilk sırada yenə də Baltikyanı ölkələr gəlir: Litva 9.3%, Estoniya 8.6%.
İnflyasiyada ciddi artımın səbəbi Avropada son 2 ayda müşahidə olunan enerji problemidir. Havaların soyuması ilə yanaşı qaz idxalının azalması enerji daşıyıcılarının kəskin bahalaşmasına səbəb olub.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!