Müəllif - Aida İsaq, Banco.az
Paris əhalisi şəhərdə elektrikli skuterdən istifadə ilə bağlı səsvermədə iştirak edib.
Banco.az xəbər verir ki, şəhər sakinlərinin 8 faizinin iştirak etdiyi referendumda 89,3 faiz insan skuterdən istifadəyə müsbət yanaşmayıb. Beləliklə, Paris Avropada elektrikli skuter icarəsi xidmətlərini qadağan edən ilk şəhər olub. Qadağa sentyabrın 1-nə qədər qüvvədə qalacaq. Parisdə elektrikli skuter kirayəsi xidmətləri göstərən "Dott", "Lime" və "Tier Mobility" şirkətləri referendumun əhatəli şəkildə keçirilmədiyinə qarşı etiraz edib. Qeyd olunur ki, hər ay təxminən 400 min istifadəçi müvafiq qadağadan təsirlənəcək.
Qeyd edək ki, Fransada ildə 2,5 milyon insan elektrikli skuter xidmətindən yararlansa da, skuterlərin küçələrdə qalması və piyada keçidlərinə maneə törətməsi diqqət çəkib.
Bizi sosial şəbəkələrdən izləyin!!