“Avropada enerji böhranı daha uzunmüddətli ola bilər” | Banco.az

“Avropada enerji böhranı daha uzunmüddətli ola bilər”

Tamara Mustafayeva, Banco.az

“Energy Aspects” tədqiqat və konsaltinq şirkəti bu fikirdədir ki, Avropadakı enerji böhranı təkcə bu qış boyunca deyil, hətta gələn ilin sonuna qədər də davam edə bilər.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu enerji böhranı Avropada təbii qazın qiymətini kəskin şəkildə artırmaqla yanaşı, Almaniyanın ən böyük enerji şirkətinin milliləşdirilməsi kimi ölkələrin müxtəlif tədbirlər görməsinə səbəb olub.

"Energy Aspect" şirkətinin neft üzrə analitiki Amrita Sen "Bloomberg" nəşrinə müsahibəsində bildirib ki, "Bu, təkcə bir qışlıq hekayə deyil. Rusiya sadəcə bu il deyil, gələn ilin sonuna qədər bazarları sabitləşdirməlidir".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avropa İttifaqının Rusiya neft və təbii qaz məhsullarına yuxarı hədd tətbiq etmək planı investorlar tərəfindən diqqətlə izlənir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et