Avropada enerji böhranı 2024-cü ilə qədər davam edəcək | Banco.az

Avropada enerji böhranı 2024-cü ilə qədər davam edəcək

Müəllif - Aida İsaq, Banco.az

Avropada ən azı 2024-cü ilə qədər enerji böhranı müşahidə edilməyə davam edəcək. 

Banco.az xəbər verir ki, bu barədə köşə yazarı Edoardo Campanellanın “Project Syndicate”də yayımlanan məqaləsində qeyd olunur. O, müvafiq proqnozunu Rusiyanın enerji sektoruna tətbiq olunan sanksiyalarla əlaqələndirib. Eyni zamanda, onun sözlərinə görə, mülayim keçən qış səbəbindən böhran bir o qədər də kəskinləşməyib. Bu, isə avropalılara enerji istehlakına qənaət etməyə imkan verdi. Bununla yanaşı, o, Avropa sənayesinin müxtəlif sahələrinə zərbə vura biləcək riskli vəziyyətin öz aktuallığını qoruduğunu vurğulayıb.

E.Campanella Avropada yeni qazlaşdırma imkanları yaranana və ya alternativ enerji mənbələri fəaliyyətə başlayana qədər Rusiyadan tədarüklər Aİ iqtisadiyyatı üçün mühüm rol oynayacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram