Avropada ən ucuz dizel yanacağı hansı ölkələrdə satılır? | Banco.az

Avropada ən ucuz dizel yanacağı hansı ölkələrdə satılır?

Müəllif - Aida İsaq, Banco.az

Avropada ən ucuz dizel yanacağı Bolqarıstan və Çexiyada satılır.

Banco.az xəbər verir ki, sözügedən ölkələrdə yanacağın bir litrinin orta qiyməti müvafiq olaraq 1,64 və 1,7 dollar təşkil edir. Bu barədə Çexiyanın “Finlord” şirkətinin baş analitiki Boris Tomçiak məlumat verib. Ekspert digər Avropa ölkələrində mövcud olan qiymətlərin müqayisəsini aparıb. Belə ki, Almaniyada yanacağın bir litrinin orta qiyməti 2,6 dollar, İtaliyada 2,09 dollar təşkil edir. Sözügedən yanacağın ən yüksək qiyməti isə 2,11 dollar səviyyə ilə Fransada müəyyən edilib.

Ekspert ölkəsində dizel yanacağının ucuz olmasını hökümətin istehlak vergisini azaltması ilə əlaqələndirib. Belə ki, bunun sayəsində qiymətlər də ucuzlaşıb. B.Tomçiak Avropada, o cümlədən Çexiyada da dizelin qiymətinin tezliklə artmağa başlayacağını proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram