Avropada ən çox satılan avtomobillər açıqlanıb | Banco.az

Avropada ən çox satılan avtomobillər açıqlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

2024-cü ilin sentyabr ayının nəticələrinə əsasən, “Tesla Model Y” elektrik avtomobili Avropa avtomobil bazarında ən çox satılan avtomobil olub.

Banco.az xəbər verir ki, bu barədə “JATO Dynamics” tədqiqat şirkətinin hesabatında deyilir.

Qeyd olunur ki, ötən ilin eyni dövrü  ilə müqayisədə “Model Y”yə tələbat 1% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

İkinci yerdə 20,7 min ədəd (+3%) satılan kompakt hetçbek “Renault Clio”qərarlaşıb. İlk üçlüyü 19 min ədəd (-2%) nəticə ilə sərfəli hetçbek “Dacia Sandero” qapayır.

Ən çox satılan krossover ümumi sıralamada dördüncü yeri tutan “Volkswagen Tiguan” olub (17,7 min ədəd; +30%).

Növbəti yerlərdə “Kia Sportage”, “Peugeot 208”, “Volkswagen Gol”, “Toyota Yaris Cross”, “Volkswagen Polo” və “Ford Puma” qərarlaşıb.