Avropada elektrik enerjisinin fyuçers qiymətləri ilk dəfə 1000 avronu keçdi | Banco.az

Avropada elektrik enerjisinin fyuçers qiymətləri ilk dəfə 1000 avronu keçdi

Tamara Mustafayeva, Banco.az

Rusiyanın qaz təchizatını dayandırmasından sonra demək olar ki, hər gün elektrik enerjisinin qiymətləri rekord qırır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, enerji xərclərinin labüd artımı Avropada inflyasiyaya səbəb olmaqda, eyni zamanda ev təsərrüfatlarının və şirkətlərin vəziyyətinə də mənfi təsir göstərməkdədir. 

Almaniyanın gələn il üzrə elektrik enerjisi fyuçerslərinin qiyməti regionda dərinləşən enerji böhranı səbəbindən ilk dəfə 1000 avronu ötüb, gündəlik əsasda 6,6 faiz artaraq bir meqavat/saat üzrə 1050 avroya çatıb.

Qeyd edək ki, Fransada eyni növ elektrik fyuçerslərinin qiyməti də cümə günü 1000 avronu keçmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et