Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən il Avropa İttifaqında (Aİ) 100 milyona yaxın insan yoxsulluq riski ilə üzləşib.
Banco.az xəbər verir ki, Avropa Statistika Təşkilatı (Avrostat) 2022-ci ildə Aİ ölkələrində yoxsulluq və sosial təcrid riski ilə yaşayanlarla bağlı məlumat dərc edib.
Buradan bəlli olub ki, ötən il Aİ əhalisinin 22 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib. Bu isə o deməkdir ki, sözügedən dövrdə Aİ ölkələrində ümumilikdə 95,3 milyon insan yoxsulluq həddində yaşayıb.
Yoxsulluq həddində yaşayan insanların nisbətinin ən yüksək olduğu ölkələr Rumıniya (34%), Bolqarıstan (32%), Yunanıstan və İspaniyadır (26%). Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr Çexiya (12%), Sloveniya (13%) və Polşa (16%) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!