Avropada əcnəbilər öz ixtisaslarından aşağı vəzifələrdə işləyirlər | Banco.az

Avropada əcnəbilər öz ixtisaslarından aşağı vəzifələrdə işləyirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ölkələrində çalışan əcnəbi vətəndaşların təxminən 40 faizinin gördükləri iş üçün həddindən artıq ixtisaslı olduğu müəyyən edilmişdir.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2023-cü ildə Aİ ölkələrində həddindən artıq ixtisaslı (Overqualified) işçilərə dair araşdırmasını dərc edib.

Araşdırmanın nəticələrinə görə, ötən il Aİ ölkələrində işə götürülən əcnəbilərin 39,4 faizinin gördükləri işə nisbətən daha yüksək ixtisaslı olduğu müəyyən edilib. Öz ölkələrindən başqa Aİ ölkələrində yaşayan avropalıların isə həddindən artıq ixtisas dərəcəsi 31,3 faiz təşkil edib.

Həddindən artıq ixtisaslı əcnəbi işçilərin ən yüksək nisbətinə malik Aİ ölkəsinin Yunanıstan olduğu təyin olunub.

Bu nisbət Yunanıstanda 69,6 faiz, İtaliyada 64,1 faiz, İspaniyada 56 faiz, Çexiyada 52,9 faiz, Maltada 48,7 faiz, Portuqaliyada 48,1 faiz, Fransada 34,4 faiz, Almaniyada 31,2 faiz və Niderlandda 24 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, həddindən artıq ixtisas dərəcələri qadınlarda kişilərə nisbətən daha yüksək olub. Belə ki, Aİ ölkələrindən kənardan gələn qadınların 42,9 faizinin, kişi işçilərin isə 36,2 faizinin hazırkı iş yerlərində yüksək ixtisaslı olması müəyyən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et