Avropada depozitdən sonra kredit faizləri də – «MƏNFİ»YƏ DÜŞDÜ | Banco.az

Avropada depozitdən sonra kredit faizləri də – «MƏNFİ»YƏ DÜŞDÜ

Avropanın bank sektorunda ənənəvi faiz dərəcəsi tərsinə çevrilib.

Başqa sözlə, faiz dərəcələrinin mənfiyə düşməsi nəticəsində indi faktiki olaraq banklar kredit verdiyi müştərilərə, əmanətçilər isə banklara əlavə ödəniş etməyə başlayıblar.

Almaniyada artıq bankların 58%-i korporativ müştərilərin, 23%-i isə fərdi müştərilərin depozitləri üçün mənfi fapizlər tətbiq etməyə başlayıblar. Banklar arasında sorğu sentyabrın sonunda, Avropa Mərkəzi Bankının depozitlər üzrə faiz dərəcələrini -0,4%-dən -0,5%-ə endirməsindən sonra keçirilib və 220 bankı əhatə edib.

Avropa Bankı mənfi depozit faizlərini ilk dəfə 2014-cü ildə tətbiq edib. Həmin vaxt AMB elan etmişdi ki, burada yatırılan depozitlərə mənfi fviz tətbiq etməkdə məqsəd iqtisadiyyatı canlandırmaqdır (yəni bankları, onlar da öz əmanətçilərini məcbur etsinlər ki, pulu banka deyil biznesə yatırmaq lazımdır).

Bundan sonra «Deutsche Bank»ın maliyyə direktoru Ceyms fond Moltke elan etdi ki, bank öz depozit müştərilərindən 20%-ə mənfi faiz tətbiq edə bilər. Almaniyanın digər nəhəng bankının – «Commerzbank»ın maliyyə direktoru Stefan Enqels isə bildirib ki, bank bu yeniliyi (yəni mənfi faizləri) özünün 1 milyon avrodan artıq depoziti olan müştərilərinə tətbiq edəcək. «Berliner Volksbank» isə artıq elan edib ki, 100 min avrodan yuxarı istənilən depozitə görə mənfi 0,5% tətiq edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Depozitlərlə yanaşı, kreditlər də mənfiyə düşməyə başlayıb. Almaniyanın müqayisələr saytı olan «Biallo.de»nin məlumatına görə, ölkədə 140 krediton mənfi dərəcə ilə işləyir. Bir qədər əvvəl Almaniyanın Dövlət İnkişaf Bankı – «KfW» elan edib ki, öz müştərilərinə kreditləri mənfi dərəcə ilə verəcək. Yəni krediti götürən şəxs banka deyil, bank həmin şəxsə faiz ödəyəcək. KfW rəhbərliyi xatırladıb ki, hüquqi cəhətdən müştərilərinə öz kredit şərtlərini təklif edə bilər və artıq yaxın vaxtlardan mənfi kredit faizlərinə keçməyə hazırlaşır. «Biz texniki cəhətdən buna hazır olmalıyıq», - deyə bankın açıqlamasında deyilir.

Avropa Mərkəzi Bankında başa düşürlər ki, mənfi faiz dərəcələri bankların gəlirlərini daha da azaldacaq. AMB-nin vitse-prezidenti Luis de Qindos bildirib ki, son bir ildə Avropa banklarının gəlirlərinin kapitala nisbəti 6% azalıb. Amma onun fikrincə, bunun səbəbi mənfi dərəcələr deyil, konsolidasiyanın olmamasında və amerikan rəqibləri ilə müqayisədə şişirdilmiş xərclərin olmasındadır. 

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et