Avropada bu tarixdən etibarən benzin və dizellə işləyən avtomobillər satılmayacaq | Banco.az

Avropada bu tarixdən etibarən benzin və dizellə işləyən avtomobillər satılmayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Parlamenti (AP) 2035-ci ildən etibarən Avropa İttifaqı (Aİ) ölkələrində yeni benzin və dizellə işləyən avtomobillərin satışına qadağa qoyulmasını təsdiqləyib.

Banco.az xəbər verir ki, Strasburqda keçirilən AP Baş Assambleyasının sessiyasında avtomobillərə və yüngül kommersiya avtomobillərinə yeni karbon emissiya standartları gətirəcək tənzimləmə səsə qoyulub.

Aİ-nin iqlim hədəfinə uyğun olaraq yeni avtomobillər üçün sərt karbon emissiya standartları tətbiq edən qanun layihəsi 340 “lehinə”, 279 “əleyhinə” və 21 “bitərəf” səsi ilə qəbul edilib.

Bununla da, 2035-ci ildən etibarən Aİ-yə üzv ölkələrdə satılacaq bütün yeni avtomobillər və yüngül çəkili kommersiya avtomobilləri emissiyasız olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et