Avropada böhran dərinləşir: Almaniyada maşinistlər tətil elan edib | Banco.az

Avropada böhran dərinləşir: Almaniyada maşinistlər tətil elan edib

Müəllif:Mehin Qasımova/Banco.az

Son illərdə müxtəlif iş sahələrində iğtişaşların baş verdiyi Almaniyada maşinistlər yenidən tətil etmək qərarına gəliblər. 

Banco.az xəbər verir ki, dəmiryolçular həm yük, həm də sərnişin qatarlarında tətil edəcəklər.

Alman Maşınistlər İttifaqı (GDL) Alman Dəmir Yolları (Deutsche Bahn) ilə əmək haqqının artırılması danışıqlarının nəticəsiz qalmasından sonra üç ay ərzində üçüncü dəfə tətil etmək qərarına gəlib .

GDL tərəfindən edilən açıqlamada, Alman Dəmir Yollarında çalışan maşinistlərin işəgötürənləri inflyasiyaya qarşı daha yaxşı maaş verməyə məcbur etmək üçün 2 günlük xəbərdarlıq tətili keçirəcəkləri bildirilib.

Açıqlamada yük qatarlarında yanvarın 9-da yerli vaxtla saat 18.00-da, sərnişin qatarlarında isə yanvarın 10-da saat 02.00-da işlərin dayandırılacağı, tətilin yanvarın 12-də saat 18.00-da başa çatacağı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Alman Dəmir Yolları məhkəməyə müraciət edərək tətili dayandırmağa çalışacağını açıqlayıb.

Həmkarlar ittifaqı inflyasiya ilə mübarizə üçün dəmir yolu şirkətlərində çalışanların, xüsusən də maşinistlərin maaşlarının aylıq 555 avro artırılmasını və 3 min avroya qədər birdəfəlik ödəniş tələb edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram