Avropada bir il ərzində daşınan elektronikanın satışı iki dəfədən çox artıb | Banco.az

Avropada bir il ərzində daşınan elektronikanın satışı iki dəfədən çox artıb

2019-cu ilin birinci rübündə Avropada 10 milyon ədəd daşınan elektron cihaz satılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 118,5% artım deməkdir. Bu məlumatlar “IDC” analitik şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış hesabatdan götürülüb.

Analitiklər hesablayıblar ki, regiondakı bütün satış həcminin 40,1% - i ağıllı qulaqlıqların payına düşüb. İkinci yerdə saat (36,6%), üçüncü yerdə isə qolbaqlar (22,9%) qərarlaşıb.

Maraqlıdır ki, bazarın 82%-i Qərbi Avropada cəmləşib. Bununla belə, mərkəzi və Şərqi Avropada ağıllı saat satışı 140% artıb ki, bu da istehlakçıların daha zəngin funksionallığı olan qurğulara marağının artdığını və daha çox daşınan qurğulara pul xərcləməyə hazır olduğunu göstərir.

Ən sərfəli kredit üçün müraciət et

İstehsalçılar arasında “Apple” liderdir. Rübün yekunları üzrə bu şirkətin payı 33,8% təşkil edib. Qeyd edək ki, bir il əvvəl “Apple” bazarın 37,7%-ni zəbt etmişdi. İkinci yerdə il ərzində payını 9,7%-dən 15,8%-ə qədər artırmış “Samsung” şirkətidir. Üçüncü yer “Xiaomi” şirkətinə məxsusdur ki, o, öz payını 1,9%-dən 8,6%-ə qədər artıra bilib. İlk beşliyə “Fitbit” və “Garmin” də müvafiq olaraq 8,3% və 6,4%-lə daxil ediliblər.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et