Avropada bankların sayı durmadan azalır | Banco.az

Avropada bankların sayı durmadan azalır

Avropanın böyük ölkələrində bank filiallarının sayı daim azalmağa doğru gedir. Maliyyə institutları bölmələrin saxlanılması üçün xərcləri azaltmaq və əsas bank xidmətlərini onlayn məkana keçirmək məcburiyyəti ilə üzləşirlər.

Banco.az "AZƏRTAC"a istinadən xəbər verir ki, filiallar üçün xərclərin azaldılması qeyri-bərabər aparılır. Avropa İttifaqında ənənəvi bank ofislərinin çox olduğu ölkələr hələ də var. Bu barədə “SNL Financial” tədqiqat şirkətinin hesabatında deyilir.

İspaniya bank şöbələrinin inkişafı üzrə Avropa ölkələri arasında liderdir. Son illərin statistikasına görə, ölkədə 10 min sakinə yeddidən çox (7,18) şöbə düşüb. Lakin Fransa, Almaniya və İtaliyada ənənəvi bankçılığın azalması müşahidə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Böyük Britaniya əvvəlcədən digər Avropa ölkələrindən bank şöbələrinin sayına görə geri qalıb. Yalnız 2014-cü ildə 10 min sakinə təqribən 8 ofis qeydə alınıb. Bundan əlavə, nisbətən aşağı göstəriciyə baxmayaraq, ölkənin iri bankları filialların sayını azaldır.

Məsələn, “Lloyds Banking Group” 2017-ci ilədək 150 ənənəvi bank xidmətini bağlamağı planlaşdırır. Bank rəhbərliyi rəqəmli platformaların yaradılmasına vəsait yatırmaq niyyətindədir. İlkin məlumatlara görə, onlayn bankçılığın ənənəvi maliyyə əməliyyatlarında payı 50-70 faiz təşkil edəcək.

Şotlandiya Kral Bankı da filial şəbəkəsində ciddi struktur dəyişiklikləri aparır. 2015-ci ildə 99 ofisin fəaliyyətini dayandırmaq nəzərdə tutulur.

Ən sərfəli krediti almaq üçün müraciət et