Avropada avtomobil satışı pandemiyadan əvvəlki səviyyəni keçə bilmir | Banco.az

Avropada avtomobil satışı pandemiyadan əvvəlki səviyyəni keçə bilmir

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ölkələrində tədarük zəncirindəki problemlər azaldıqca yeni avtomobil satışları ardıcıl 2-ci ay da artıb. Ancaq artıma baxmayaraq, satış həcmi pandemiyadan əvvəlki səviyyədən aşağıdır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqladığı məlumatlara görə, sentyabr ayında Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada avtomobil satışları illik 7,9 faiz artımla 1,05 milyona çatıb. Satış həcmi ardıcıl 13 ay azalmışdı.

Təkcə Aİ-də satışlar 9,6 faiz artıb. Sentyabrda "Volkswagen" və "Mercedes" şirkətlərinin satış həcmi 20 faizdən çox artım göstərib.

Qeyd edək ki, artıma baxmayaraq, çip problemlərindən tutmuş enerji böhranına qədər sənayenin üzləşdiyi bir çox yeniliklər səbəbindən satışlar 2019-cu il pandemiyadan əvvəlki səviyyədən xeyli aşağıda qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram